BDU-da türk xalqlarının toy rituallarının mifoloji strukturu ilə bağlı araşdırmalar aparılır

06/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Türk mifopoetik ənənəsində evlənmə və toy mərasim-ritualları: strukturu və tipologiyası” mövzusunda elmi seminar keçirilib.

Mövzu ilə bağlı məruzə edən kafedranın professoru, filologiya elmləri doktoru Ülkər Nəbiyeva evlənmə və toy ritual-mərasimlərinin mifoloji strukturu və qaynaqlarının araşdırılmasının aktuallığından bəhs edib. O bildirib ki, məişət mərasimlərindən biri kimi evlilik folklorşünaslıqda geniş tədqiq olunan aktual mövzulardandır. O, mənbələrə istinad edərək, evlənmə mərasiminin dünya xalqlarının, o cümlədən türk xalqlarının mifik təfəkküründə "doğumla ölüm arasında yer alan və yaşama yön verən bir anlaşma" kimi qəbul edildiyini vurğulayıb.

Məruzəçi İslam qaynaqlarında ilk evli cütlük kimi Adəm ilə Həvvanın göstərildiyini, insan nəslinin yaranmasının Adəmin və Həvvanın qız və oğlan uşaqlarının evlənməsi ilə başlandığını qeyd edib. O, evlilik və evlənmə ilə bağlı süjetlərin İslam mənbələrindəki əksini də təhlil edib.

Seminarda türk xalqlarının mifopoetik ənənəsində evlilik və toy mərasim-rituallarının strukturu və tipologiyasına dair geniş məlumat verilib. Xüsusilə yakutlar, xakaslar, saha və digər türk xalqlarında zəngin toy ritual və ayinləri haqqında məlumat təqdim olunub. “Odla ruhun təmizlənməsi” kimi ritüalların da müzakirə edildiyi seminarın sonunda türk xalqlarının ailə və evlilik məsələlərinə həssas yanaşdığı, ailə daxilində qadının və ananın önəmli rolunun olduğu vurğulanıb.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026