BDU-da Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib

17/04/2013

Bu gün Bakı Dövlət Universitetində Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyətinin iştirakı ilə birgə Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə daha geniş və hərtərəfli xarakter kəsb etməyə başlayıb. Bu ümumi proses çərçivəsində hər iki qardaş ölkənin hüquq sistemində fəaliyyət göstərən müxtəlif təşkilat və müəssisələr arasında da qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə inkişaf etməkdədir. Rektor həmçinin xatırladıb ki,  bu səpkidə olan fəaliyyətlər çərçivəsində Türkiyə Respublikası Ədliyyə Akademiyasının Prezidenti və onu müşayət edən heyət 2012-ci ilin fevralında BDU-ya olan ziyarəti əsnasında BDU-nun Hüquq fakültəsində də görüş keçirib. Bu görüş əsnasında iki qardaş ölkənin hüquq sahəsindəki müxtəlif qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı barəsində müzakirələr aparılarkən Ankara Universiteti ilə BDU arasında hüquqşünaslıq ixtisası üzrə ikili diplom proqramı haqqında da məlumat verilib. Akademik bildirib ki, bu nöqteyi-nəzərdən ortaq “hüquq lüğəti”ninhazırlanmasının iki qardaş ölkə arasında hüquqi sahədəki yaxınlaşmaya ciddi töhvə verəcək.

Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qeyd edib ki, bu lüğət BDU-Ankara ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyət və rola malik ola biləcək. Belə ki, həm ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinə cəlb olunan türkiyəli tələbə və professor-müəllim heyəti tərəfindən Azərbaycan qabunvericiliyinin və hüquq ədəbiyyatının mənimsənilməsini, həm də azərbaycanlı tələbə və professor-müəllim  heyəti tərəfindən Türkiyə qanunvericiliyi və hüquq ədəbiyyatının mənimsənilməsini xeyli asanlaşdıracaq. Bundan başqa, bu lüğət təkcə universitet səviyyəsində deyil, bütün Azərbaycan miqyasında istər dissertasiya işlırininhazırlanmasında, istərsə də müxtəlif hüquq mühafizə orqan və təşkilatları arasında qarşılıqlı yazışma və birgə layihələrin hazırlanmasında asanlıqlar və yeni imkanlar təmin edəcəkdir.

Daha sonra Türkiyə Ədliyyə Akademiyasının İdarə Heyətinin üzvü,Yüksek Seçim KuruluBaşkanıSadiGüvenin və Türkiyə Ədliyyə Akademiyasının hakim heyətinin üzvü, Azərbaycanca-Türkcə hüquq lüğətinin redaksiya heyətinin üzvü, professorDr. Ejder Yılmazın çıxışları olub.

Qeyd edək ki, lüğətin 5 müəllifi var: Fərhad Mehdiyev, Sərvər Süleymanlı, Mübariz Yolçuyev, Elçin Xələfov və İsmayıl İsmayıllı. Elmi redaktoru isə Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyevdir.

 

Mətbuat və İnformasiya şöbəsi, 17 aprel 2013-cü il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024