BDU-da Türkiyə türkcəsində mürəkkəb feillərin qrammatik-leksik xüsusiyyətlərinə dair seminar

05/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Türkiyə türkcəsində mürəkkəb feillərin qrammatik-leksik xüsusiyyətləri və Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda türk filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Hacıyeva eyniadlı məruzə ilə çıxış edib. Bənövşə Hacıyeva Türkiyə və Azərbaycan türkcələrinin eyni dil qrupuna, türk dillərinin oğuz yarımqrupuna aid olduğunu qeyd edib. Vurğulayıb ki, buna görə də hər iki dildə feillərin xüsusiyyətləri və kateqoriyaları arasında bənzərliklər həddən artıq çoxdur. Məruzəçi mürəkkəb feillərin “təsvir feilləri” adlandırılan perifrastik formalarının bəzi nümunələri istisna olmaqla, yalnız Türkiyə türkcəsində mövcud olduğunu qeyd edib.

Araşdırmada mürəkkəb feillərin qrammatik, leksik-semantik xüsusiyyətləri təhlil edilib, Azərbaycan dilinə tərcümə məsələləri izah edilib və nümunələrlə əsaslandırılıb. Türk dilində təsvir feillərinin mürəkkəb feillərin bir qolunu təşkil etməsi  və “kurallı birleşik fiiller” adı altında araşdırılması məsələsinə toxunulub, eləcə də köməkçi feillərin yardımı ilə düzəldilən mürəkkəb feillər və  Türk dilində “anlamca kaynaşmış birleşik fiiller” adlanan frazeoloji birləşmələr müqayisəli təhlil edilib.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026