BDU-da Türkiyə universitetləri ilə birgə Qarabağ Simpoziumu keçirilib

05/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı, Ankara Universitetinin Hüquq fakültəsi, İstanbul Universitetinin İdeal Hüquq klubu və Hüquqi Araşdırmalar Klubunun təşkilatçılığı ilə Vətən Müharibəsi və Qarabağın işğaldan azad olunmasına həsr olunmuş Qarabağ Simpoziumu keçirilib. Simpoziumda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, İstanbul Universiteti Hüquq fakültəsinin dekanı Ömər Əkməkçi, Ankara Universiteti Hüquq fakültəsinin dekanı Muharrəm Özən, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin TGT sədri Firavan Əlizadə, İstanbul Universiteti Hüquqi Araşdırmalar Klubunun sədri Bilal Tarık Duman və İDEAL Hüquq Klubunun sədri Abdulsamet Karaar çıxış edərək Azərbaycan-Türkiyə dövlətləri arasındakı dostluq münasibətlərindən, simpoziumun keçirilməsinin əhəmiyyətindən danışıblar.

Simpozium Bakı Dövlət Universiteti, İstanbul və Ankara Universitetlərinin professor-müəllim heyətinin çıxışı ilə üç sessiyada YouTube kanalında canlı yayım vasitəsilə baş tutub.

Professor Fethi Gediklinin moderatorluğu ilə keçirilən ilk  sessiyada o, “XIX əsrin əvvəllərində Qarabağ probleminin yaranması”, BDU-nun dosenti Boran Əziz isə “Sovetlər dövründə Qarabağ tarixi” mövzusunda məruzə ilə çıxış ediblər.

İkinci sessiya BDU-nun dekanı Əmir Əliyevin moderatorluğu ilə davam edib. Sessiyada professor Əmir Əliyev “Ermənistanın törətdiyi beynəlxlaq cinayətlər və beynəlxalq hüquqi məsuliyyət məsələləri”, dosent Ülkü Halatçı Ulusoy “Qarabağın işğalı dövrü - insan hüquqlarının pozulması”, dosent Aytəkin İbrahimova və hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva “İnsan hüquqları kontekstində Azərbaycan-Ermənistan münaqişəsi” mövzusunda məruzə ilə çıxış ediblər.

Professor Cüneyt Yüksəlin moderatorluğu ilə keçirilən üçüncü sessiyada dosent Cavid Adullazadənin “Müharibə hüququnda tərəflərin öhdəlikləri”, professor Cüneyt Yüksəlin “Atəşkəs razılaşmasının beynəlxalq hüquqi qiymətləndirilməsi", professor İbrahim Kayanın “Minsk Qrupu və beynəlxalq vasitəçilik” mövzusunda çıxışları dinlənilib.
Tədbirin sonunda iki dövlət arasında hüquq elmi və təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivləri müzakirə edilib.

Simpoziumda hər üç universitetin tələbələri iştirak edib, sessiyalar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024