BDU-da Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə görüş

14/05/2025

Bakı Dövlət Universitetində (BDU) Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da iştirak edib. Nümayəndə heyətində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem, Şərqi Ağdəniz Universitetinin Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, Şərqi Ağdəniz Universitetinin rektoru Hasan Kılıç və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya yer alıb.

BDU rektoru Elçin Babayev görüşün Azərbaycan ilə Türkiyə və ŞKTC arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb. Rektor birgə elmi tədqiqatların aparılması, ortaq tədris proqramlarının, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün belə görüşlərin vacib olduğunu bildirib.

Qonaqlar Azərbaycan ilə Türkiyə və ŞKTC arasındakı dostluq əlaqələrinin yalnız siyasi sahədə deyil, həm də elm və təhsil sahələrində daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə təhsil və elm sahəsindəki mövcud təcrübələr müzakirə edilib, gələcəkdə birgə təşkil olunacaq layihə və tədbirlər barədə fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026