BDU-da Türkiyəli mütəxəssis onlayn mühazirə oxuyub

03/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi ilə Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi fakültəsi arasında pandemiya dövründə qarşılıqlı onlayn mühazirələrin təşkili barədə razılaşmaya əsasən növbəti mühazirə keçirilib. Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi fakültəsinin dekan müavini, kitabxanaçılıq təhsili üzrə tanınmış mütəxəssis dosent Gülər Dəmir “Dünya ölkələrində kitabxanaçılıq təhsili” mövzusunda onlayn mühazirə oxuyub.

Gülər Dəmir XVII əsrdən başlayaraq ABŞ-da kitabxanaçılıq təhsili verən ilk kursların fəaliyyəti barədə məlumat verib, XIX əsrin ikinci yarısından isə bu sahədə ciddi dönüş yarandığını diqqətə çatdırıb. 1887-ci ildə Kolumbiya kollecində (indiki Kolumbiya Universiteti) amerika kitabxanaşünası Melvil Düi tərəfindən ilk kitabxanaçılıq təhsili verən məktəbin yaradıldığını və bu sahə üzrə dərginin çapına başlanıldığını qeyd edib. XX əsrin əvvəllərindən başlayaraq artıq bu istiqamət üzrə elmi konfransların, simpoziumların keçirildiyini, elmi məqalələrin dərc olunduğunu, peşə birliklərinin yaradıldığını bildirən tədqiqatçı 1920-30-cu illərdən ABŞ, İngiltərə, Fransa, Kanada kimi ölkələrin universitetlərində kitabxanaçılıq təhsilinin tədrisinə başlanıldığını, bu tendensiyasının tədricən bütün dünyaya yayıldığını qeyd edib. Türkiyə Cümhuriyyətində bu sahənin inkişafından bəhs edən alim bildirib ki, ali kitabxanaçılıq təhsilinə 1954-1955-ci tədris ilindən Ankara Universitetində başlanılıb, 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır, hazırda isə Türkiyədə 13 universitetdə kitabxanaçı mütəxəssislər yetişdirilir. Məruzəçi elektron kitabxana, elektron kataloqlaşdırma istiqamətində kadr hazırlığı həyata keçirildiyini, informasiya əsrində bəhs olunan fəaliyyət sahəsinin xüsusi önəm kəsb etdiyini bildirib. Vurğulayıb ki, yeni dövrün çağırışlarına adekvat olaraq kitabxana anlayışı tədricən informasiya anlayışı ilə əvəz olunur və informasiya əsrinin bu kimi yenilikləri tədris proqramlarında da nəzərə alınmalı, təhsil prosesi məhz bu istiqamətdə qurulmalıdır.

Dosent Gülər Dəmir iştirakçıların çoxsaylı suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır
14/01/2025

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi
13/01/2025

“BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”

“BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
13/01/2025