BDU-da Türkiyənin Çağ Universitetinin rektoru Murat Koçla görüş

09/07/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Çağ Universitetinin rektoru Murat Koçla görüşüb.

Rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, Çağ Universiteti ilə hüquq, beynəlxalq münasibətlər, filologiya, psixologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, hər iki universitet adıçəkilən sahələr üzrə elmi tədqiqatlar apara, ikili diplom proqramları imzalaya, ortaq layihələr, tədbirlər icra edə bilər.

Çağ Universitetinin rektoru Murat Koç Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, xüsusilə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ali təhsilinin əsas açarı olan BDU ilə əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir.

Görüş zamanı iki universitet arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq proqramlarda iştirak və ortaq elmi tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda BDU və Çağ Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026