BDU-da "Şuşa, sən azadsan!" adlı tədbir

25/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə "Şuşa, sən azadsan!" adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda olan Qarabağ torpaqlarının azad edilməsindən, hazırda ölkə başçısının diqqət və qayğısı ilə azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən danışıb.

O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev isə Şuşanın azad olunmasının Vətən müharibəsində qələbənin taleyini həll etdiyini, Azərbaycan  tarixinin ən möhtəşəm, şanlı hadısələrindən biri olduğunu qeyd edib.

Tədbirdə Kimya fakültəsinin tələbələri Şuşanın təbiəti, tarixi, abidələri, mədəni mühiti ilə bağlı çıxışlar ediblər.

Tədbirin sonunda "Şuşa, sən azadsan!" adlı videoçarx nümayiş olunub.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026