BDU-da Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün ekskursiya və aqro-təlim

18/12/2025

"Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Bakı Dövlət Universiteti (BDU) tərəfindən “Aqro məktəb” layihəsi çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən olan uşaqlar üçün ekskursiya və aqro-təlim təşkil olunub.

Tədbirin əvvəlində qonaqlar BDU-nun unikal layihəsi "Eko məkan"da yerləşən Aquaponik və Hidroponik Sistemlər Laboratoriyasını ziyarət ediblər. Burada mütəxəssislər tərəfindən iştirakçılara hidroponika texnologiyasının üstünlükləri haqqında interaktiv təqdimat keçirilib, suda toxum yetişdirilməsi və bitkilərin torpaqsız becərilməsi prosesləri barədə əyani məlumat verilib.

Ekskursiya çərçivəsində iştirakçılar BDU-nun Genetika və təkamül, Faydalı qazıntılar muzeylərində canlılar aləminin inkişaf mərhələləri, geoloji dövrlər və təbiət tarixi ilə bağlı maraqlı faktlarla tanış olublar.

Günün sonunda layihədə fəallıq göstərən iştirakçılar sertifikatlarla təltif olunublar.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026