BDU-da Ulu Öndər Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi

20/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Rus poeziyası gecəsi” keçirilib. BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasının və Rus Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Poeziya gecəsində Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Mikayıl Cəfərov və Rus Mərkəzinin rəhbəri, dosent Arzu Məmmədova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyəti, həyata keçirdiyi layihələr, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən danışıb, Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etməsində onun böyük rola malik olduğunu bildiriblər. Tələbələr məşhur Azərbaycan və rus şairlərinin əsərlərindən nümunələr səsləndiriblər.

Sonda fəal tələbələr mükafatlandırılıb.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026