BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir

25/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə ölkəmizdə gənclər siyasətinin əsasını qoyub, peşəkar gənc kadrların hazırlanmasında müstəsna rol oynayıb: “Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda hərbi liseyin yaradılması, minlərlə gəncin ittifaqa daxil olan respublikaların nüfuzlu ali məktəblərinə göndərilməsi Ulu Öndərin tarixi xidmətləridir”. Aqil Məmmədov müstəqillik illərində gənclər siyasətinin formalaşdırılması və inkişaf etdirilməsindən bəhs edib, gənclərlə bağlı dövlət qurumlarının yaradılması, bu sahənin qanunvericilik bazasının formalaşdırılması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə gənclərinin potensialının üzə çıxarılmasında, onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarında, beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmələrində dövlətimizin müstəsna dəstəyindən bəhs edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycanın vətənpərvər gəncləri ilə bütün xalqımızın qürur duyduğunu bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz Vətən müharibəsində tarixi qələbəyə imza atdılar, şəhidlik, qazilik zirvəsinə ucaldılar”.

Tədbirdə BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov, İnformasiya və sənəd menecmenti fakültəsinin magistrantı Ləman Eyyubova Ulu Öndərin gənclər siyasətinin hazırda mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşadığını bildiriblər. Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyini, ölkə rəhbəri tərəfindən gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda formalaşması, yüksək təhsil almaları, sosial müdafiələri ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Xəbərlər

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir
05/02/2025

BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb
05/02/2025

Gənc alim: BDU-da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim - MÜSAHİBƏ

BDU-nun  “İlin gənc alimi” müsabiqəsində təbiət, dəqiq və texnika elmləri üzrə ən yüksək nəticəni Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı göstərib
05/02/2025