BDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçirilib

07/12/2023

Bakı Dövlət Universitetində (BDU) Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi və BDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş simulyasiya konfransı keçirilib.

Müxtəlif universitetlərdən olan tələbələrin iştirakı ilə baş tutan konfrans “Rəqəmsal bölünmə və texnologiyanın əlçatanlığı: Rəqəmsal əlçatanlıqda fərqlərin araşdırılması və rəqəmsal uçurumun aradan qaldırılması üçün strategiyaların müzakirəsi, texnologiyaya bərabər çıxışın təmin edilməsi” mövzusuna həsr olunub.

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov konfransı açaraq gəncləri müzakirələrdə fəal olmağa çağırıb.

Daha sonra çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Samir Becanov konfransın gənclərin diplomatik bilik və bacarıqlarının artırılmasında vacib rol oynayacağını bildirib.

Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Pənahov isə nitqində diplomatiya sahəsində karyera sahibi olmaq arzusunda olan gənclərin bu cür məşğələlərdə iştirakının önəmini vurğulayıb.

Konfrans plenar sessiyalar formatında davam edib.

\Qoşulmama Hərəkatının müxtəlif üzv dövlətlərinin xarici işlər naziri rolunu icra edən gənclər müzakirələr zamanı aktiv fikir mübadiləsi apararaq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında mövcud olan rəqəmsal bölünmə problemi ilə bağlı həll yolları təklif ediblər.

Plenar iclaslardan sonra aparılan müzakirələr əsasında yekun sənəd qəbul olunub.

Tədbirin sonunda müzakirələrdə iştirakı ilə fərqlənən üç tələbə “Ən yaxşı nümayəndə”, “Ən yaxşı jurnalist” və “Ən yaxşı debütant” mükafatları ilə təltif olunub.

Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının 50 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024