BDU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbir keçirilib - VİDEO

05/05/2014

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndərin 91 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir. Hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Sonra Azərbaycan Respublikası Przidenti Administrasiyasının İctimai-siyasi məsələlər  şöbəsinini müdiri, professor Əli Həsənov “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda məruzə edib. Professor məruzəsində Cənubi Qafqazın lider dövləti  geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması, dünyanin enerji təhlükəsizliyi sahəsindəki  mövqelərinin qorunması, gücləndirilməsi və  ölkənin milli maraqları ilə əlaqələndirilməsi, enerji ixracı marşurutlarının şaxələndirilməsi və yeni bazarların axtarışı siyasətinin davam etdirilməsi, geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatı, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması barədə fikirlərini bölüşüb.

BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırıldıqdan sonra Əli Həsənovun iştirakı ilə müəllifi olduğu “Geosiyasət” kitabı universitetə və BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə hədiyyə edilib.

Mətbuat və İnformasiya şöbəsi, 05 may, 2014-ci il.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024