BDU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

04/05/2017

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib. Qeyd edib ki, respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə edilən uğurlar da məhz ulu öndər tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir” deyən rektor Abel Məhərrəmov prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri kimi xalqın milli-mənəvi, mədəni və elmi-intel­lektual potensialının gücləndirilməsinin ön planda dayandığına da diqqət çəkib.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti haqqında danışan Əli Əhmədov bildirib ki, ulu öndərin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur. Bu dahi şəxsiyyətə xas olan quruculuq xüsusiyyətləri onun islahatçı, yenilikçi xarakteri ilə üzvi surətdə qovuşaraq XXI əsrin birinci onilliyində yeni iqtisadi möcüzə kimi qəbul edilən fenomenin - Azərbaycan Respublikasının möhtəşəm yüksəlişinin fundamental əsasını təşkil edib. Əli Əhmədovun sözlərinə görə, Heydər Əliyev irsinə məxsus olan yenilikçilik ruhu ölkəmizdə bu gün davam etdirilən və böyük uğurlara səbəb olan dərin islahatlar konsepsiyasının əsasını təşkil etməkdədir.

Sonra universitetin kafedra müdirləri – akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 4 may 2017-ci il

Xəbərlər

BDU-da “Zəka pillələri” intellektual oyunu

BDU-da “Zəka pillələri” intellektual oyunu
12/05/2026

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində 

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
12/05/2026

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər
12/05/2026