BDU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Xilaskar" adlı tədbir keçirilib

09/12/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Xilaskar" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin uğurlu siyasi fəaliyyətinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlət miras qoyub-getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb. Elm və təhsil sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran natiq bu gün dövlətçiliyimizin yüksək səviyyədə olmasını məhz Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində əldə edildiyini qeyd edib.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru İbrahim Zeynalov çıxışında Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə,  çalışdığı dövrlərə, onun rəhbərliyi dövründə Azərbaycanda baş verən siyasi və ictimai hadisələrə nəzər salıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında Ulu öndərin gənclər siyasətindən, gənclərə göstərdiyi qayğı və diqqətdən söz açıb.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov Ulu Öndərin sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövründə gördüyü işlərdən, xalqa xidmətindən bəhs edib.

Tarix fakültəsinin TEC sədri Ağamirzə Məmmədov Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsindən 2003-cü ilə qədər müasir Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib.

Daha sonra Tarix fakültəsi I kurs tələbəsi Həlilə Sadıqova Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb, onun xidmətləri sayəsində Azərbaycanda kadr hazırlığı, sosial layihələrin həyata keçirilməsi haqqında çıxış edib.

Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024