BDU-da Ulu Öndər Heydər Əliyevin azərbaycanlılara qarşı soyqırımı və deportasiyalarla bağlı fərmanlarına dair elmi seminar

13/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının "Heydər Əliyevin azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar haqqında fərmanları və onların tarixi əhəmiyyəti " mövzusunda elmi seminarı keçirilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusunun aktuallığından bəhs edib. Qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya siyasətinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli 690 nömrəli fərmanları bu baxımdan mühüm əhəmiyyət daşıyır. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilib, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılıb, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilib. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov çıxışında qeyd edib ki, noyabr ayında Tarix fakültəsi tərəfindən “Heydər Əliyev və Azərbaycan tarix elmi” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Elmi seminarda Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızı mövzu ilə bağlı çıxış edib. O vurğulayıb ki, Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev dühasının işığında qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımızın tarixinin yenidən, daha dərindən, obyektiv şəkildə öyrənilməsini zəruri bilib. Məruzəçi Ulu Öndərin bu fikirlərinin hər zaman aktual olduğunu deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024