BDU-da “Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda ustad dərsi

12/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, “91-lər”in məşhur nümayəndəsi, BDU-nun professoru, Əməkdar elm xadimi Şahlar Əsgərov mövzu ilə bağlı məruzə edib.
Professor Şahlar Əsgərov tarixi xronologiya əsasında Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin dövrləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən ölkəmizin gələcək müstəqilliyi üçün zəmin hazırlayır, dövlət idarəetməsinin fəlsəfi əsaslarını formalaşdırırdı: “Ulu Öndər Heydər Əliyev dövlətimizin həm memarı, həm də qurucusudur. Müstəqil dövlətimizin ilk Konstitusiyası və digər zəruri dövlət təsisatları Heydər Əliyev tərəfindən yaradılıb və formalaşdırılıb. Əminliklə söyləyə bilərik ki, Heydər Əliyev xalqımızın ilk siyasi filosofu idi”.
Natiq məruzəsində 90-cı illərin gərgin ictimai-siyasi mühiti, xalqın dəstəyi ilə böyük siyasi qüvvəyə çevrilən YAP-ın yaranma zərurəti, Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasını şərtləndirən amillər barədə elmi-nəzəri fikirlərini auditoriyanın diqqətinə çatdırıb. Məruzədə həmçinin Ulu Öndər Heydər Əliyevin fəlsəfi fikirləri şərh olunub, dahi rəhbərin müdrik kəlamlarının gənclərin layiqli vətəndaş kimi formalaşmasında aydın bir yol xəritəsi olduğu vurğulanıb. Professor Şahlar Əsgərov məruzəsində Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə misilsiz fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev xalqın dəstəyinə güvənərək tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi ilə 30 illik münaqişəni və ən azı 200 illik problemi tarixin arxivinə göndərdi.  
Professor Şahlar Əsgərovun mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2024

BDU Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

BDU Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
18/10/2024

BDU-da Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir

BDU-da Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir
18/10/2024