BDU-da Universitetin 100 illik yubileyinə həsr olunmuş Respublika Tələbə Konfransı keçirilib

18/05/2019

Bakı Dövlət Universitetində  Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə BDU-nun 100 illik yubileyinə həsr olunmuş “İnformasiya əsrinin yeni çağırışları” mövzusunda Respublika Tələbə Konfransı keçirilib.
Konfransı giriş sözü ilə BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, dosent Vaqif Qasımov açaraq Universitetin keçdiyi tarixi yol və 100 illik yubileylə bağlı qarşıda duran vəzifələr haqqında məlumat verib. V.Qasımov tələbə konfransının keçirilməsini yüksək qiymətləndirib və bildirib ki, bu cür tədbirlər tələbələrdə elmi-tədqiqat işinə maraq yaradır və müvafiq vərdişlərin formalaşmasında mühüm rol oynayır.
Sonra Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri 3 dildə elmi məruzələrlə çıxış ediblər. Umumilikdə konfransın plenar və bölmə iclaslarında 50-dən çox məruzə dinlənilib, məruzələr ətrafında diskussiyalar aparılıb, eyni zamanda fərqlənən tələbələrə diplom və hədiyyələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 17 may 2019-cu il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026