BDU-da “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa

29/12/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa keçirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının müdiri, professor Rəfail Həsənov urbanizasiyanın sosial bərabərsizlik, sosial təcrid, nəqliyyat və infrastruktur sahələrində yaratdığı problemlər barədə məlumat verib. Bu problemlərlə bağlı sosial tədqiqatların aparılmasının günün tələbi olduğunu bildirib.

Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Sosiologiya kafedrasının dosentləri Hörmət Cavadova və Sevil İsmayılova, kafedranın müəllimi Südabə Haşımova urbanizasiya prosesinin sosial münasibətlərə təsiri və kiber urbanizasiyanın qlobal xarakteri haqqında danışıblar. Vurğulanıb ki, kiber urbanizasiya urbanizasiyanın artıq coğrafi sərhədləri aşaraq qlobal xarakter almasının bariz nümunəsidir. Bu, insanların fiziki şəhərlərlə yanaşı, virtual şəhər mühitlərində də “yaşaması”, işləməsi və sosiallaşması deməkdir. Bu mənada urbanizasiya və kiber urbanizasiya birlikdə müasir cəmiyyətin sosial strukturunu yenidən formalaşdıran əsas amillərdən biridir. Gələcəkdə şəhərlərin yalnız fiziki infrastrukturu deyil, rəqəmsal ekosistemi insanların sosial rifahını müəyyən edən əsas göstəricilərdən olacaq.

Dəyirmi masa mövzu ətrafında diskussiya ilə davam edib.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026