BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”

17/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Ustad dərsləri” layihəsi çərçivəsində “Startap ekosisteminə giriş” adlı növbəti təlim keçirilib. Təlimin aparıcısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımov olub.

Ustad dərsinin məqsədi tələbə və müəllimlərdə innovativ düşüncə tərzinin formalaşdırılması, startap mədəniyyətinin təşviqi və praktiki bacarıqların inkişafına dəstək verilməsidir.

Ustad dərsində bilik istehsalında və texnologiyaların transferində qlobal trendlər, təhsil proseslərində mütərəqqi yanaşmalar, intellektual kapitalın inkişafında sahibkar düşüncə tərzi, biliyin transferində startap yanaşması mövzuları ətrafında müzakirələr aparılıb. Məruzəçi qeyd edib ki, müasir dövrdə universitetlər yalnız bilik ötürən deyil, həm də innovasiyanın, tədqiqatın və sahibkarlığın əsas mərkəzinə çevrilməlidir.

Növbəti aylarda “Ustad dərsləri” layihəsi çərçivəsində İsa Qasımovun təqdimatında “Startap qurmaq və inkişaf etdirmək” və “Təqdimat bacarıqları” mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026