BDU-da “Uğurlu karyera könüllülükdən başlayır” mövzusunda dəyirmi masa keçirilib

25/05/2021

Bakı Dövlət Universitetində (BDU) tələbələrin ictimai iştirakçılığının təşkili, könüllü hərəkatına və sosial layihələrə fəal cəlb olunması, eləcə də gənclərin əmək bazarına hazırlığı və karyerasında ilkin addımların atılması məqsədilə könüllülük fəaliyyəti təşviq edilir. Bu istiqamətdə növbəti tədbir - 2021-ci il 25 may tarixində “Uğurlu karyera könüllülükdən başlayır” mövzusunda dəyirmi masa keçirilib.

“BDU Könüllüləri” təşkilatının təşkilatçılığı ilə keçirilən dəyirmi masada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edib, ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatına dövlətimizin diqqət və qayğısından, BDU-da bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Tələbə gənclərin müxtəlif dövlət strukturlarında könüllü olaraq cəlb olunduğu haqqında və ümumi hərəkata verdiyi töhfədən bəhs edib.

Dəyirmi masada “ASAN Könülllüləri” təşkilatının sədri Emiliya Bayramova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini, DOST könüllüləri şöbəsinin müdiri Ruslan Mirzəliyev, “BDU Könüllüləri”nin koordinatorları Nərmin Heydərova və Tural Cəfərov çıxış edərək könüllülük hərəkatının uğurlu karyeranın qurulmasında önəmli faktor olduğundan, tələbə gənclərin ictimai işlərə cəlb olunmasının onların  gələcək karyeralarının formalaşmasına təsirindən danışıblar. Natiqlər çıxışlarında qeyd ediblər ki,  könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir.

Dəyirmi masa tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026