BDU-da V Respublika \\\

19/12/2012

Bu gün Bakı Dövlət Universitetində (BDU) Kimya Fakultəsinin təşkilatçılığı ilə iki günlük V Respublika "Koordinasion birləşmələr kimyası" Konfransı işə başlayıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov konfransın açılışında çıxış edərək, onun işinə uğurlar arzulayıb, Azərbaycanda kimyaçılar məktəbinin yaradılmasından , kimya elminin inkişafından, keçirilən tədbirin əhəmiyyətindən danışıb. Akademik Abel Məhərrəmovun sözlərinə görə, bu  konfransın universitetdə keçirilməsinə əsas var – kimyanın inkişafı üçün BDU-da çox işlər görülür. Kimya Fakultəsinin alimləri tərərfindən 2011-ci ildə 145 elmi məqalə çap edilib, o cümlədən 83 – xarici nəşrlərdə. 65 məqalə isə dünya indeksli jurnallarda dərc olunub. Bu il isə belə məqalələrin sayı artıq 70-dir.
BDU-nun rektoru Abel Məhərrəmov elmin inkişafında, laboratoriyaların müasir texnologiya və avadanlıqla təmin edilməsində ümummilli lider Heydər Əliyevin və onun davamçısı olan prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətini qeyd edib.
Daha sonra “Analitik kimya kafedrasının koordinasion birləşmələr kimyasının inkişafında rolu" məruzəsi ilə Analitik kimya kafedrasınin müdiri, kimya elmləri doktoru, professor Famil Çıraqov çıxış edib.

Plenar iclasindan sonra konfrans öz işini bölmələrdə davam etdirir.

Mətbuat və İnformasiya Şöbəsi, 19 dekabr, 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: "Respublika" qəzeti, salamnews.org.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025