BDU-da vaksinasiya olunmuş və COVID-19 infeksiyasına qarşı antitel qazanmış əməkdaşların sayı 80 % təşkil edir

29/07/2021

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər  həyata keçirilir.

Tədbirlər çərçivəsində BDU-nun təşəbbüsü və müraciəti əsasında cari ilin 15-21 aprel və 19-21 may tarixlərində BDU-nun ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vaksinasiya məntəqəsi qurulmuş və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilmişdir. Bununla yanaşı, BDU-nun əməkdaşları mütamadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak etmişdir.

Hazırda BDU və BDU-nun Qazax filialı üzrə əməkdaşların vaksinasiyası 63 % təşkil edir. BDU əməkdaşlarından (ümumi əməkdaş sayı - 2846 nəfər, o cümlədən BDU əməkdaşları - 2707 nəfər, BDU-nun Qazax filialı - 139 nəfər) 1759 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunmuşdur (BDU əməkdaşları - 1632 nəfər, BDU-nun Qazax filialı - 127 nəfər). 487 nəfər (ümumi əməkdaşların 17 %-i) COVID-19 infeksiyasına yoluxduqlarına və infeksiyaya qarşı antitel qazandıqlarına görə onların peyvənd olunması təxirə salınmışdır (BDU əməkdaşları - 475 nəfər, BDU-nun Qazax filialı - 12 nəfər).

Beləliklə, BDU və BDU-nun Qazax filalı üzrə vaksinasiya olunmuş və COVID-19 xəstəliyinə yoluxaraq infeksiyaya qarşı antitel qazanmış əməkdaşların sayı 2246 nəfərdir ki, bu da ümumi əməkdaş sayının 80 %-ni təşkil edir.

Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün tədbirlər (məlumatlandırma, maarifləndirmə, əlaqələndirmə və s.)  davam etdirilir.

 

 

 

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024