BDU-da Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi yaradılıb

14/09/2022

Bakı Dövlət Universitetində (BDU) Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi yaradılıb. Bununla bağlı BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə BDU tərəfindən magistratura səviyyəsində yaradılması təklif olunmuş “Vergi hüququ” ixtisaslaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 02 iyun tarixli 326s nömrəli sərəncamı ilə 2022/2023-cü tədris ilindən etibarən “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na əlavə olunub. 2022/2023-cü tədris ilində ixtisaslaşmaya plan üzrə nəzərdə tutulmuş 10 yerə Azərbaycan və ingilis dili bölmələrinin hər biri üzrə 5 magistrant olmaqla ümumilikdə 10 magistrant qəbul olub.

Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirməklə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığına nail olmaq, ixtisaslaşma üzrə tədrisin təşkilində BDU-nun professor-müəllim heyətinin və Dövlət Vergi Xidmətinin (DVX) mütəxəssislərinin birgə iştirakını təmin etmək, təhsil alan magistrantların dövlət vergi orqanlarında təcrübə keçmələrinə şərait yaratmaq məqsədilə BDU-nun nəzdində Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi yaradılıb. Mərkəzdə həmçinin vergi hüququ klinikası xidmətləri göstəriləcək, dövlət vergi orqanları, sahibkarlıq fəaliyyətinin subyektləri və sifariş verən digər subyektlərin müraciətləri əsasında iqtisadi sahədə işlər üzrə ekspertizaların aparılması həyata keçiriləcək.

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026