BDU-da VI Fars dili olimpiadası keçirilib

15/05/2018

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ibtidai, orta və ali səviyyələr üzrə VI Fars dili olimpiadası keçirilib.

Əvvəlcə Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əsğər Farsi çıxış ediblər. Çıxışçılar İranın və Azərbaycanın müxtəlif sahələrdə uğurlu əməkdaşlıqlarından, farsdilli ədəbiyyat, onun formalaşmasında və inkişafında önəmli rol oynayan Firdovsi, Sədi, Hafiz, Xəyyam kimi İran şairləri ilə bərabər, Azərbaycanın böyük şairləri Nizami, Füzuli, Xətai, eləcə də böyük hind şairi Əmir Xosrov Dəhləvinin yaradıcılığından bəhs ediblər.

Ölkənin müxtəlif ali təhsil ocaqlarından, o cümlədən məktəb və liseylərdən 150-dək iştirakçının qeydiyyatdan keçdiyi olimpiadada əvvəlcədən bildirilən qaydalara əsasən fars dilinin qrammatikasına dair test tapşırıqları, imla, ifadə, tərcümə və inşa mövzuları təqdim edilib.

Münsiflər heyəti qalibləri müəyyənləşdirdikdən sonra diplom və mükafatlar verilib. Mükafatlandırma mərasimində çıxış edən dekan Elxan Əzizov, İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov və İran İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bu səpkili olimpiadaların iki ölkə arasında əlaqələrin inkişafı, ölkədə ixtisaslı kadrların hazırlanması, tələbələrin biliklərinin yoxlanılması baxımından əhəmiyyətli olduğunu söyləyiblər.

Mətbuat və informasiya şöbəsi, 15 may 2018-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026