BDU-da “Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi keçirilib

01/06/2020

İyunun 1-də Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi keçib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq alimin fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açaraq professorun elmi tədqiqatlarına 46 mindən çox istinad olduğunu bildirib.

“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi verən professor Qərib Mürşüdov dünyada geniş yayılan Koronavirus pandemiyası və yaratdığı qlobal problemlərdən, infeksiyanın geniş yayılmasının səbəbləri, virusla mübarizədə qarşıya çıxan çətinliklər, COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları, vaksinlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib. Alim artıq dünyada sosial məsafənin vacib davranış qaydası hesab edildiyini və insanların bu qaydalara əməl etməyə çağırıb.

Q.Mürşüdov məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu qeyd edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.

Biologiya fakültəsinin dekanı Çingiz Məmmədovun moderatorluğu ilə keçirilən ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.


Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024