BDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş

02/11/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və Universitetin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdə gənclərimizin rolundan bəhs edilib, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunduğu ifadə olunub.

Qəhrəman döyüşçülərimizin tanıdılması məqsədilə keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi iştirakçıları Tural Abdullayev, Coşqun Şəfiyev, Vətən Süleymanov və Xəyyam Fərzəliyev keçdikləri döyüş yolu barədə xatirələrini, Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.

44 günün qəhrəmanları tələbələrin suallarını ətraflı cavablandırıblar.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026