BDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

14/10/2025

Bakı Dövlət Universiteti (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib.

Tədbirdə Vətən müharibəsi iştirakçıları, Universitetin müəllim-tələbə kollektivi, Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qəhrəman döyüşçülər — Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vüsal Hətəmov, eləcə də Ramin Şirinov, Tahir Hüseyn, Ruslan Qurbani, Anar İbrahimov, Mehman İbrahimov və Malik Xəlilov Zəfər tariximizdə yer alan döyüş yolları, Ordumuzun göstərdiyi qəhrəmanlıq nümunələri ilə bağlı xatirələrini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026