BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

31/10/2024

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” İctimai Birliyinin təşkilatçılığı, BDU Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Qəhrəmanını tanı” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, qazilərimizin gənclər arasında tanıdılması, onların şərəfli döyüş yolunun təbliği istiqamətində BDU-da həyata keçirilən layihələrdən danışıb, belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, ATGTİ-nin nümayəndəsi Aqil Quliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Əhliyət Mehdiyev çıxışlarında şəhid ailələrinə, qazilərə diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliği, təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşması, qəhrəmanlarımızın tanıdılmasında tələbə təşkilatlarının rolu danılmazdır.

Sonra Vətən müharibəsi qaziləri Əhməd Abbasov, Şərbət Mahmudov, Asif Məmmədov, Qəzənfər Ağayev və Müseyib Qəhrəmanov tələbələrə keçdikləri döyüş yolundan danışıb, onları maraqlandıran sualları cavablandırıblar.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026