BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

19/03/2026

Bakı Dövlət Universitetində (BDU) ““Web of Science” platformasında tədqiqat analitikası: Təşkilat və müəllif profilləri, əməkdaşlıq imkanları” mövzusunda təlim təşkil olunub.

BDU-nun Elmi Kitabxanası və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Web of Science” platformasının effektiv istifadəsinin artırılması məqsədilə həyata keçirilib. Təlimi BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev açıq elan edərək, tədqiqat fəaliyyətinin inkişafında bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Təlim “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi, müştəri məmnuniyyəti üzrə məsləhətçi Xəyalə Hacıyeva tərəfindən keçirilib. Tədbirdə Universitetin doktorantları, tədqiqatçıları və kitabxana əməkdaşları iştirak ediblər.

Görüş çərçivəsində Universitetin “Web of Science” platformasındakı təşkilat profili təhlil olunub, təsdiqlənməmiş müəllif profillərinin müəlliflər tərəfindən təsdiqlənməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.

Bununla yanaşı, iştirakçılara platformanın süni intellekt əsaslı “Research Assistant” funksiyasının imkanları təqdim olunub. Təlim zamanı ədəbiyyat icmalının hazırlanması, elmi hipotezlərin formalaşdırılması və məqalələrin nəşri üçün uyğun jurnalların müəyyənləşdirilməsi kimi mühüm məsələlər ətraflı izah edilib.

Tədqiqatçıların ehtiyacları nəzərə alınaraq təşkil olunan təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026