BDU-da “WUF13: Çağırışlar və imkanlar” mövzusunda görüş

18/12/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU İƏT Modeli” klubunun təşəbbüsü ilə “WUF13: Çağırışlar və imkanlar” mövzusunda maarifləndirici görüş keçirilib.

BDU-nun əməkdaşı, “BDU İƏT Modeli” klubunun sədri Mirhüseyn Tağıyev Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF) anlayışına toxunaraq, BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) yaranma tarixi, fəaliyyət istiqamətləri və bu günədək keçirilmiş forumların qlobal davamlı inkişafa verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Görüşdə 2026-cı ildə Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizin qarşısında dayanan əsas çağırışlar və mövcud imkanlar, şəhərsalma və “ağıllı kənd” modellərinin mövcud vəziyyəti müzakirə edilib. BDU-nun bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər və akademik mühitin şəhərsalma proseslərinə verdiyi töhfə vurğulanıb.

Tədbir zamanı WUF13 çərçivəsində gənclər üçün açılan imkanlar, xüsusilə könüllülük proqramının əhəmiyyəti ön plana çəkilib, tələbələrin qlobal fəaliyyətlərdə fəal iştirakının vacibliyi qeyd olunub.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026