BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib

29/01/2026

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” forumu çərçivəsində “İnklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolu” mövzusunda “WUF (Ümumdünya Şəhərsalma Forumu - World Urban Forum) modeli” simulyasiya konfransı keçirilib. İlk dəfə keçirilən simulyasiya konfransı BDU, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) birgə təşkilatçılığı ilə təşkil edilib.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov açılış nitqində müasir şəhərsalma siyasətinin elm, texnologiya və insan amilinin vəhdəti əsasında formalaşmalı olduğunu qeyd edib. Bildirib ki, gənclərin bu prosesdə fəal iştirakı davamlı inkişaf üçün mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə BDU elmi potensialı, beynəlxalq əməkdaşlıqları, gənclər üçün yaratdığı akademik və praktik imkanlar vasitəsilə şəhərsalma və memarlıq sahəsində bilikli, innovativ düşüncəyə malik kadrların hazırlanmasında mühüm rol oynayır.

BDU-nun Protokol sektorunun əməkdaşı Mirhüseyn Tağıyev isə qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncam ölkədə şəhərsalma və memarlıq sahələrində müasir, innovativ və dayanıqlı yanaşmaların təşviqinə, urban mühitin keyfiyyətinin artırılmasına, eləcə də gənclərin bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilərək qərarvermə proseslərinə daha fəal cəlb olunmasına mühüm töhfə verəcək.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə koordinatoru Abdinnasir Saqar müasir şəhərsalmanın qlobal miqyasda mövcud vəziyyəti, şəhərlərə köç proseslərinin sürətlənməsi, şəhərlərin qarşılaşdığı sosial və ekoloji çağırışlar barədə ətraflı məlumat verib. O, göstəricilərə əsaslanaraq dünya əhalisinin böyük hissəsinin artıq şəhərlərdə yaşadığını, bu prosesin isə inklüzivlik, təhlükəsizlik və dayanıqlılıq prinsiplərinə əsaslanan yeni yanaşmalar tələb etdiyini vurğulayıb. Həmçinin WUF platforması çərçivəsində gənclər üçün yaradılan imkanlardan, onların qlobal urban siyasətlərin formalaşmasında iştirak perspektivlərindən söz açaraq, 2026-cı ildə Azərbaycanda keçiriləcək WUF13 tədbirinin uğurlu nəticələrə nail olacağına inamını ifadə edib.

İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə gənclərin qlobal və regional səviyyədə baş verən proseslərdə artan rolundan danışıb. O, regional mərkəz tərəfindən gənclər üçün yaradılan beynəlxalq platformalar, təlim və simulyasiya proqramlarının gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq dialoqa inteqrasiyasına mühüm töhfə verdiyini deyib.

Daha sonra simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələri mövqelərinə uyğun olaraq təmsil ediblər.

Konfransın sonunda fərqlənən gənclər sertifikatla təltif olunublar.

Qeyd edək ki, ilk dəfə keçirilən “WUF modeli” simulyasiya konfransı gənclərin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirməsi, beynəlxalq şəhərsalma gündəmini yaxından tanıması və gələcəyin şəhərlərinin formalaşmasında söz sahibi olmaları baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.

Xəbərlər

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib
29/01/2026

BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar”

BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar”
29/01/2026

BDU-da gender bərabərliyinə həsr olunmuş elmi seminar

BDU-da gender bərabərliyinə həsr olunmuş elmi seminar
29/01/2026