BDU-da “Çıxış üçün mətnin düzgün qurulması” mövzusunda təlim keçirilib

21/12/2021

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə BDUTEDx CLUB-un növbəti təlimi keçirilib. Təlimçi Leyla Yaqublu  “Çıxış üçün mətnin düzgün qurulması” mövzusunda çıxış edib. Leyla Yaqublu maraqlı müzakirə və fikir mübadiləsi nəticəsində auditoriyaya düzgün mesajın ötürlüməsinin formalarından bəhs edib. Hazırlanacaq mətnin üslubunun, janrının, bədii və elmi əsərin bəsitliyinə, kamilliyinə, dərinliyinə xüsusi diqqət yetirməli olunan məqamlara toxunub. Nəzəri və praktiki hissələrə xüsusi vurğulayıb. Təlim çərçivəsində hazırlanan mətn haqqında çıxış edərkən özgüvənli duruşun tənzimlənməsi, bədən dilinin əsası olan əllərdən çıxış zamanı necə istifadə edilməli olduğu və düzgün göz kontaktının əsasları haqqında danışıb.

Mətnin əlaqələnməsində onu, özünü sözləri ilə yanaşı, cümlələrin əsasən eyni quruluşda olmasının vacibliyi barədə də məlumat verib.

Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, təlimçi tələbələrin çoxsaylı suallarını cavablandırılıb.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026