BDU-da Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunmuş intellektual yarış

24/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Kitabxanaçılıq-informasiya fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə Xalq şairi, “İstiqlal” ordenli Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyinə həsr olunmuş “Dünənəm! Bu günəm! Gələcəyəm mən!” adlı intellektual yarış keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, görkəmli şairin və vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Xəlil Rza Ulutürkün həyatı və zəngin yaradıcılığı barəsində məlumat verilib və tələbələrin hazırladığı videoçarx nümayiş olunub.
Yarışda 10 komanda iştirak edib. İntellektual yarış dörd turdan - “Zəfər tarixi”, “Ədəbiyyat”, “Retro” və “Dünyagörüşü” turlarından təşkil olunub.
I yerə Filologiya fakültəsinin “Liberland”, II yerə Fizika fakültəsinin “Fiziklər”, III yerə isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Tenqri” komandası layiq görülüb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026