BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir

26/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə fakültənin TGT sədri Hümbət Bədəlov şairin poeziyasında təbiət, Vətən, saz və xalq ruhu kimi motivlərin özünəməxsus yer tutduğunu qeyd edib, onun bu mövzularda yazdığı şeirlərdən nümunələr səsləndirib.

Filologiya fakültəsinin TEC sədri Nəzrin Əliyeva şairin məhəbbət lirikası barəsində ətraflı məlumat verib, onun insan hisslərini dərin psixoloji çalarlarla ifadə edən təkrarsız poetik nümunələrin müəllifi olduğunu bildirib, şeirlərindən parçalar səsləndirib.

Tədbirdə Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “Zəlimxan Yaqub poeziyasında bəşəri və əbədi dəyərlərin ifadəsi” mövzusunda geniş məruzə ilə çıxış edib, eyni zamanda şairin seçmə şeirlərini səsləndirib.

Tədbirin bədii hissəsində şairin özünün səsləndirdiyi “Yaxşı ki, sən varsan, ay sədəfli saz” şeiri  nümayiş olunub. Filologiya fakültəsinin tələbələri Validə Bayramlı və Sultan Əsədli şairin şeirlərini səsləndirib, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı sazda “Naxçıvani”, “Ruhani” və “Yanıq Kərəmi” sədaları altında Zəlimxan Yaqubun həyatından maraqlı hadisələri danışıb, bir sıra şeirlərini ifa ediblər.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025