BDU-da xalq artisti Vamiq Məmmədəliyevlə görüş

05/03/2022

Bakı Dövlət Universiteti (BDU) və “ASAN Könüllüləri” Təşkilatının "Mədəniyyət carçısı" proqramının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli tarzəni, professor, xalq artisti Vamiq Məmmədəliyevin tələbələrlə görüşü keçirilib.

"Havalansın tarın səsi" mövzusunda keçirilən görüşdə Vamiq Məmmədəliyev tələbələrlə tarzən sənətinin incəlikləri barədə müzakirələr aparıb.

O, dövlət səviyyəsində incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan tar alətinin tarixindən bəhs edib.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

 

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026