BDU-da "Xalqımızın zəfər tacı - Aprel döyüşləri" adlı tədbir

06/04/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Xalqımızın zəfər tacı - Aprel döyüşləri" adlı onlayn tədbir keçirilib.

Fakültənin  I kurs tələbəsi Aygün Əhmədova çıxış edərək bildirib ki, Aprel döyüşləri zamanı qısa müddətdə həyata keçirilən sürətli əks-hücum əməliyyatları nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrindən azad olunub.

Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov Aprel döyüşlərində Vətən oğullarının şücaətindən bəhs edib, dünya hərb tarixində xüsusi yeri olan və artıq yeni hərbi paradiqma kimi öyrənilən 44 günlük Vətən Müharibəsində qələbənin təməlinin Aprel döyüşləri zamanı qoyulduğunu qeyd edib.

Sonra I kurs tələbəsi Ləman Cəfərzadə Aprel döyüşlərində ordumuzun, igidlərimizin cəsarətindən söz açıb. I kurs tələbələri - Günel Əliyeva "Aprel səhəri" və Ləman Namazova "Ölümün üstünə atılan oğlan" şeirlərini səsləndiriblər.

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026