BDU-da «Xaricdə Təhsil Sərgisi» keçirilib

17/12/2010

Bu gün Bakı Dövlət Universitetinin və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-da Xaricdə Təhsil Sərgisi keçirilib.Bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə və eyni vaxtda toplayıb Azərbaycanın xaricdə təhsil almaq imkanları haqqında lazımi məlumat vermək məqsədi daşıyan sərgini BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev açıb. Müstəqil Azərbaycanın bütün sahələrdə olduğu kimi, elm, təhsildə də inkişaf edib, dünyaya inteqrasiya proseslərindən danışan professor, eyni zamandA, sərginin təhsil sistemimizin inkişafına verəcəyi töhfələrdən də bəhs edib.Çıxış edən Təhsil nazirinin müavini Elmar Qasımov təşkilatçılara minnətdarlıq edib. Bu gün 800-dən çox azərbaycanlı gəncin xaricdə təhsil aldığını deyən nazir müavini tələbələrin sərginin nəticələrindən istifadə edərək öz arzularına çatacaqlarına ümidvar olduğunu vurğulayıb.Bakı Təhsil Məlumat Mərkəzinin meneceri Cavanşir Məmmədovun sözlərindən məlum olub ki, təmsil etdiyi qurum 1997-ci ildən fəaliyyət göstərir və ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənir. Əsas məqsədi isə xaricdə təhsil almaq imkanları haqqında məlumat yaymaq olan müstəqil təhsil və məlumat mərkəzidir. Sərginin əhəmiyyətinə də toxunan C.Məmmədov yarmarkaya qatılan 20-dən artıq qurumun hər birinin öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəyini, iştirakçıları materiallar və bukletlərlə təchiz edəcəklərini də bildirib.Sonra tələbələr sərgi ilə yaxından tanış olub, ABŞ, Böyük Britaniya, Çexiya, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində təqaüd proqramları, bakalavr, magistratura, doktorantura, dil kursları, yay məktəbləri və müxtəlif xarici tədbirlərlə bağlı məlumatlar alıblar.Beynəlxalq Tədqiqat və Mübadilə Şurası, Amerika Beynəlxalq Təhsil Şurası, Mərkəzi Avropa Universiteti (Macarıstan), ESSEKS Universiteti (İngiltərə), TEMPUS, ABŞ-da təhsil proqramı, STİ (Beynəlxalq Tələbə Səyahəti), OXFORD Universiteti (İngiltərə), Doğu Akdeniz Universiteti (Kipr), Uğur Akademi, Talisman, Bank Respublika, Bank Standart, Qrinviç TUR, Amerika Məzunları Birliyi, Junior Achievement Birliyi, Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi, ABŞ səfirliklərinin nümayəndəlikləri, Türkiyə təhsil müşavirliyi və xarici universitetlərin məzunları da iştirak edib.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
17/04/2024

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb
17/04/2024

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib
17/04/2024