BDU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - VİDEO

25/02/2020

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Faciə zamanı həlak olanların və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor Elçin Babayev Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirib. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş cinayət olduğunu vurğulayan rektor Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb: “Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu hüznlü günlərdə Azərbaycan xalqı erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir. Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən universitet əməkdaşlarının vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik”.

Xocalı hadisələri əsasında hazırlanmış qısametrajlı filmin nümayişindən sonra Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

VİDEO

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024