BDU-da “Xristian rituallarında yaşadılan tariximiz” mövzusunda elmi seminar keçirilib

12/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Xristian rituallarında yaşadılan tariximiz” mövzusunda elmi seminarı keçirilib.

O qeyd edib ki, XIX əsr mənbələrində Qafqazın xristian xalqlarının məişət və mərasim həyatında Azərbaycan türkcəsinin izlərinə tez-tez rast gəlinir. Alman səyyahı və yazıçısı Fridrix Bodenştedtin müşahidələrinə görə, həmin dövrdə İrəvanda xristian məclislərində oxunan mahnıların və danışılan dastanların demək olar ki, hamısı Azərbaycan türkcəsində səsləndirilirdi.

Məti Osmanoğlu “Allah verdi!” və “Yaxşı yol!” kimi ifadələrin Qafqaz məclis mədəniyyətində uzun müddət yaşadığını vurğulayıb. Bildirilib ki, bu ifadələr sadəcə gündəlik ünsiyyət elementi deyil, kollektiv yaddaşın və tarixi mədəni ənənələrin daşıyıcısı kimi özünü qoruyub. Tarixi mənbələr göstərir ki, məclislərdə qədəh qaldırmazdan əvvəl “Allah verdi!” deyilməsi və qarşı tərəfin “Yaxşı yol!” cavabını verməsi qədimdən formalaşmış bir ritual kimi nəsildən-nəslə ötürülürdü. Bu isə Azərbaycan dilinin tarixin müəyyən dövründə Qafqazın xristian xalqları arasında ayin dili kimi üstün olduğunu göstərir.

Seminarda irəli sürülən fikirlərin təsdiqi kimi XX əsrin əvvəllərində rus mətbuatında nəşr edilmiş gürcü əfsanəsinin mətninə istinad edən Məti Osmanoğlu bu kontekstdə Gürcüstanın Kaxeti bölgəsində yaşayan Azərbaycan türklərinin tarixi varlığından, eləcə də regionda xristian missionerlərinin fəaliyyətindən söz açıb.

Qeyd edilib ki, tarixi mənbələrin müqayisəli şəkildə araşdırılması Qafqazın mədəni tarixində türk izlərinin daha aydın şəkildə üzə çıxmasına imkan verir. Dil, folklor və mərasim ənənələri region xalqlarının ortaq tarixi yaddaşını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Xristian rituallarında yaşadılan tariximiz” mövzusunda elmi seminar keçirilib

BDU-da “Xristian rituallarında yaşadılan tariximiz” mövzusunda elmi seminar  keçirilib
12/03/2026

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU-da

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU-da
12/03/2026

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş
12/03/2026