BDU-da xərçəng hüceyrələrinə qarşı inhibirləşdrici təsirə malik olan gümüş nanohissəciklərinin sintezi istiqamətində tədqiqatlar uğurla davam edir

07/01/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun və AMEA-nın vitse- prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın həmmüəllifi olduqları “Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin ekoloji cəhətdən təmiz sintezi: antixərçəng və antimikrob təsirlər” (Ecofriendly Synthesis of Silver Nanoparticles Using Ananas comosus Fruit Peels: Anticanser and Antimicrobial Activities) adlı məqalə Web of Science bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Bioinorganic Chemistry and Applications” jurnalında dərc olunub (https://www.hindawi.com/journals/bca/2021/2058149/).

Məqalədə, Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin yaşıl sintezindən bəhs edilir. Son dövrlərdə metal nanohissəcikləri, xüsusən də gümüş nanohissəciklərinin bir çox istiqamətlərdə, o cümlədən tibdə geniş istifadə olunduğunu məlumdur. Bu baxımdan görülən elmi-tədqiqt işi yüksək aktuallığa malikdir. Aparılan tədqiqatlar nəticəsində alınmış gümüş nanohissəcikləri bir çox müasir metodlardan istifadə olunaraq tədqiq edilib (UV-Spektrofotometriya, Skanedici Elektron Mikroskopu, XRD analiz və s.). Həmçinin, məqalədə gümüş nanohissəciklərinin bəzi patogen mikroorqanizmlərə qarşı antimikrob, o cümlədən xərçəng hüceyrələrinə qarşı inhibirləşdrici təsiri müəyyən edilmişdir.

Xəbərlər

Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin mart soyqırımı

Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin mart soyqırımı
31/03/2023

BDU-da “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa

BDU-da “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa
31/03/2023

BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda”

BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda”
31/03/2023