BDU-da xərçənglə mübarizədə istifadə oluna biləcək yeni makroheterotsiklik birləşmələr dizayn olunub

13/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova və Günel Əliyevanın həmmüəllifi olduqları “Yeni dizayn olunmuş azometin qrupu daşıyan makroheterotsiklik birləşmələrin neyroblastoma hüceyrə xətlərində oksidləşdirici stresə və DNT-ni bərpa edən gen profillərinə təsiri haqqında eksperimental və nəzəri anlayışlar” (Experimental and theoretical insights about the effect of some newly designed azomethine group‐contained macroheterocycles on oxidative stress and DNA repair gene profiles in neuroblastoma cell lines) adlı məqaləsi “Journal of Molecular Structure” jurnalında (IF: 3.841, Q3) dərc olunub.

https://www.sciencedirect.com/science/article/abs/pii/S002228602300529X

Tədqiqat işində yeni 40, 68 və 72 üzvlü makroheterotsiklik birləşmələri sintez olunub və neyroblastoma xərçəng hüceyrə xəttinə qarşı tədqiq edilib. Sintez olunmuş birləşmələrin quruluşları Nüvə Maqnit Rezonans spektroskopiya, MALDİ kütlə spektrometriya və element analiz üsulları ilə araşdırılıb.

Molekulların xərçəngə qarşı aktivliyi MTT üsulu ilə 24, 48 və 72 saat ərzində səkkiz müxtəlif konsentrasiyada (1-100 μg/ml) neyroblastoma (SH-SY5Y) hüceyrə xəttində tədqiq edilib. Bundan əlavə, RT-PCR üsulu ilə oksidləşdirici stress (GPX1, PRDX1, CAT, SOD1, NQO1) və DNT (ATR, ERCC1, CDKN1A, PRKDC) gen profilləri də tədqiq olunub. Bütün sintez edilmiş birləşmələrin 72 saat inkubasiyadan sonra ən yüksək aktivlik göstərdiyi müəyyənləşib. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılıb. “String v11” proqramı oksidləşdirici stress və DNT mexanizmlərində iştirak edən zülalların digər zülallarla qarşılıqlı əlaqəsini müəyyənləşdirmək üçün istifadə edilib. Molekulyar dokkinq analizinin nəticələrinin təcrübələrlə yaxşı uyğunlaşdığı aşkarlanıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024