BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19/05/2025

Bakı Dövlət Universitetində (BDU) V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.

Aprel ayından etibarən BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün təşkil edilən hazırlıq dərslərində öyrədilən mövzular əsasında təşkil olunan seçim imtahanının nəticələrinə əsasən müəyyən edilən 5 nəfərlik komanda 11–21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək. Seçilmiş şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadaya qədər davam etdiriləcək.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nüfuzlu beynəlxalq elm olimpiadaları sırasında yer alır. Olimpiada nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki mərhələlərdən ibarətdir. Qaliblər medal və fəxri adlarla təltif olunurlar. Azərbaycan məktəbliləri artıq 4 ildir ki, bu mötəbər olimpiadada iştirak edirlər və bu müddət ərzində 7 dəfə fəxri ada layiq görülüblər.

Azərbaycan komandası builki Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. V Azərbaycan Astronomiya Olimpiadası və hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir. Bu kimi layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

Xəbərlər

BDU-da Məzunlar Şəbəkəsi yaradılır

BDU-da Məzunlar Şəbəkəsi yaradılır
01/11/2025

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib
01/11/2025

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib
01/11/2025