BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib

01/06/2020

İyunun 1-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün Slovakiya Respublikası Komenski adına Bratislava Univeristetinin professoru Lukas Ribarın təqdimatında  “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq məruzəçi və onlayn elmi seminarın keçirilmə məqsədi ilə bağlı məlumat verib.

“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn mühazirə keçən professor Lukas Ribar İran və Qafqaz ölkələri haqqında apardığı elmi tədqiqatlar, XVI-XVII əsrlərdə Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq, Azərbaycan Səfəvi dövlətinin Avropa ölkələri ilə qurduğu ticarət əlaqələri, Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçiliklər, Avropa mənbələrində rast gəlinən bir sıra faktlar - Səfəvilər dövlətinin müxtəlif adlarla, xüsusilə Qızılbaşlar adı ilə, hökmdar adlarının isə Böyük Səfi şəklində yazılması barəsində təqdimatla çıxış edib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş elmi seminar Tarix fakültəsinin dosenti Azad Rzayevin moderatorluğu ilə davam edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
13/05/2026

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
13/05/2026

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
13/05/2026