BDU-da XXIII Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

03/03/2025

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti və ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XXIII Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edilib. Müsabiqənin məqsədi tələbələrə bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.

Müsabiqədə BDU-nun 6, Azərbaycan Dillər Universitetinin (ADU) 2, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 1 tələbəsi, həmçinin müsabiqədənkənar 3 fərdi təhsil alan iştirakçı yapon dili üzrə bacarıqlarını nümayiş etdirib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov müsabiqə iştirakçılarınını təbrik edib, onlara uğurlar arzulayıb.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Səfir bildirib ki, mütəmadi keçirilən müsabiqə tələbələrin yapon dilini mənimsəmə səviyyəsinə müsbət təsir edir. O, Yaponiya səfirliyinin Azərbaycanda yapon dilinin yayılmasına bundan sonra da dəstək verəcəyini qeyd edib.

Münsiflər Heyətinin qərarına əsasən, BDU-nun tələbələri Məryəm Xocanəzərzadə I, Fidan Bərxudarzadə II, Marat Mixaylov III, Ruslana Dadaşova IV, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nərmin Abdullayeva V yerə layiq görülüblər. DİA və BDU-nun tələbələri Abdulla Abdullayev və Sədaqət Əliyeva isə həvəsləndirici mükafat qazanıblar.

Müsabiqənin qaliblərinə səfirliyin sertifikatları və sponsor şirkətlərin hədiyyələri təqdim edilib.


Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026