BDU-da yaşıl hidrogenin praktikada tətbiqinə dair elmi seminar

16/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda "Yaşıl hidrogen və məsaməli silisium" mövzusunda elmi seminar keçirilib.

İnstitutun Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri, fizika üzrə elmlər doktoru Fərhad Rüstəmov mövzu ilə bağlı məruzə edib. Məruzədə hidrogen qazının metan və ya təbii qazın buxar konversiyası, kömürün qazlaşdırılması, suyun elektrolizi, piroliz, qismən oksidləşmə və biotexnologiya kimi alınma üsulları təhlil edilib. Onun kimya, neft emalı, qida sənayelərində, metallurgiya, energetika və nəqliyyatdakı tətbiq sahələri araşdırılıb. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen və qara hidrogen terminlərinin hidrogen qazının alınma üsulundan və bu proses zamanı atmosferi nə dərəcədə çirkləndirməsindən asılı olması vurğulanıb.

Seminarda məsaməli silisiumun su ilə qarışığıdan hidrogen qazının alınması üsulu təhlil olunub və bu sahədə aparılan elmi tədqiqat işləri, praktikada tətbiq perspektivləri müzakirə edilib.

Sonra məruzəçi mövzu ilə bağlı sualları cavablandırıb.

Xəbərlər

BDU QS reytinqində 565-ci yerə yüksəldi

BDU QS reytinqində 565-ci yerə yüksəldi
18/06/2026

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/06/2026

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026