BDU-da "Yaşıl iqtisadiyyat" adlı tədbir keçirilib

22/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat" adlı tədbir keçirilib.

Tədbirin məqsədi yaşıl iqtisadiyyatın prinsiplərini, bu sahədə mövcud problemləri və imkanları akademik müstəvidə müzakirə etmək və gənc nəsildə ekoloji düşüncə tərzinin formalaşmasına töhfə verməkdir.

Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev yaşıl iqtisadiyyatın torpaq ehtiyatlarının idarə olunmasında rolu barədə məruzə edib, kənd təsərrüfatı sahəsində ekoloji yanaşmaların əhəmiyyətinə toxunub.

Beynəlxalq münasibətlər kafedrasının dosenti, politoloq Əlimusa İbrahimov isə yaşıl iqtisadiyyatın beynəlxalq siyasi-iqtisadi münasibətlərə təsirindən bəhs edib, bu modelin dövlətlərarası əməkdaşlıqda yaratdığı yeni imkanları izah edib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin TEC sədri Raul İmanov yaşıl iqtisadiyyatın gənclər arasında təbliğinin vacibliyini qeyd edib, Universitet səviyyəsində həyata keçirilə biləcək təşəbbüsləri bölüşüb.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin TEC sədri Əli Bağırlı isə yaşıl iqtisadiyyatın bazar modelləri və davamlı inkişaf strategiyaları ilə əlaqəsini izah edib, bu sahədə aparılan tədqiqatların gənc tədqiqatçılar üçün perspektivli olduğunu vurğulayıb.

Tədbirin sonunda yaşıl iqtisadiyyatın müxtəlif sahələrdə tətbiqi ilə bağlı təklif və ideyalar səsləndirilib.

 

 

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025