BDU-da "Yaşıl və rəqəmsal İpək Yolu" beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya

28/04/2025

Bakı Dövlət Universitetində (BDU) “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib.

İnfosessiyada çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Interprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirakçılara proqramın məqsədləri və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, proqram çərçivəsində yaşıl və rəqəmsal texnologiyalar sahəsində ideyaları olan startaplar dəstəklənəcək, regional əməkdaşlıq gücləndiriləcək və bu layihələrə investisiya cəlb ediləcək. Həmçinin proqramda qeydiyyatdan keçmə və iştirak etmə qaydaları, beynəlxalq mentorlarla işləmək imkanları barədə məlumat verilib.

İnfosessiya tələbələrin proqrama dair suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026