BDU-da əyani tədris prosesi iştirakçılarının sağlamlıqlarının qorunmasına ciddi nəzarət olunur

07/10/2021

Bakı Dövlət Universitetində (BDU) ikinci həftədir ki, əyani tədris prosesi uğurla davam edir. Mühazirələr “Blackboard” elektron təhsil sistemi üzərindən təşkil olunur, məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada keçirilir.

Əyani dərslərdə iştirak edən müəllim və tələbələrin sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür, COVID-19 ilə mübarizə məqsədilə qabaqlayıcı və preventiv tədbirlər davam etdirilir. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sanitariya və gigiyena qaydalarına əməl etmələrinə, sosial məsafənin saxlanılmasına ciddi riayət olunur.

BDU üzrə Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planına müvafiq olaraq, BDU-nun ərazisində yerləşən 30 saylı poliklinikanın həkimləri mütəmadi olaraq əyani dərslərdə iştirak edən müəllim və tələbələrin hərarətini yoxlayır, sağlamlıqlarının qorunması, infeksiya ilə mübarizə üsulları, sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması barədə onlarla maarifləndirici söhbətlər aparırlar.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026