BDU-da "Yaradıcı sənayelər qovşağı" Tədris və İnkubasiya Mərkəzinin infosessiyası

13/10/2023

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “Animatorların inkişaf proqramı” və “Komediya və performans məktəbi” adlı təlimlərin infosessiyaları təşkil olunub.

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yaradıcı sənayelər qovşağı" Tədris və İnkubasiya Mərkəzi tərəfindən keçirilən infosessiyanın məqsədi universitet tələbələrinin digər istedadlarının üzə çıxarılmasına xidmət etməkdir. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.

Mərkəzin bədii rəhbəri Ələkbər Əliyev 2023-cü ilin sonunadək mərkəzdə mədəniyyət sahəsində startap (“CulTech”) oyun texnologiyaları sənayesi (“GameTech”) və musiqi sənayesi üzrə biznes inkubasiya proqramları, milli qrafik dizayn kursları, musiqi sənayesi məktəbi, komediya məktəbi, animatorlar və prodüserlərin akselerasiyası proqramlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Mərkəz əməkdaşları infosessiya iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda Mərkəz əməkdaşlarının hazırladıqları treylerlər nümayiş olunub.

Qeyd edək ki, ən uğurlu iştirakçıların işlə təmin olunması və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulub.

Təlimlərə qeydiyyat davam edir: edu.creative.az

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”
08/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir
08/06/2026